Bakı. 18iyul. REPORT.AZ/ Bu gün Bakıda Təzə Pir məscidində Ramazan bayramı qeyd olunub. "Report"un məlumatına görə, məsciddə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin iştirakı ilə bayram namazı qılınıb. QMİ sədri bütün müsəlmanları, o cümlədən Azərbaycan xalqını təbrik edib.
Qeyd edək ki, iyunun 18-də başlayan Ramazan ayı başa çatıb.