Səyyad Aran Tehranda beynəlxalq konfransda iştirak edəcək

Bakı. 8 dekabr.REPORT.AZ/ Dekabrın 9-10-da Tehranda “Ekstremizmə və ifratçılığa qarşı bir dünya” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Dünyanın 50-dən çox ölkəsindən nümayəndənin iştirak edəcəyi konfransda Azərbaycanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı (Aran) təmsil edəcək.

Bu barədə "Report"a DQİDK-nin mətbuat xidmətindən bildirilib.

Səyyad Salahlı beynəlxalq konfransda məruzə ilə çıxış edəcək.

Konfransda müxtəlif ölkələrdən siyasi xadimlər, elm adamları və islamşünaslar iştirak edəcəklər.

Tədbirdə İslam dininə qarşı aparılan qərəzli təbliğatın qarşısının alınmasına dair fikir mübadiləsi aparılacaq, məruzələr dinləniləcək.

Digər xəbərlər

Bu gün ikinci Qədr gecəsidir 10 mart, 2026 / 20:00
Bu gün ilk Qədr gecəsidir 08 mart, 2026 / 19:16
Ramazan ayı başlayıb 19 fevral, 2026 / 00:00