Bakı. 23 iyul. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyulun 28-də Yardımlı rayonunda Masallı, Yardımlı və Cəlilabad rayon sakinlərini qəbul edəcək.
Komitədən "Report"a verilən məlumata görə, qəbul saat 10:00-da Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Yardımlı şəhəri, Heydər Əliyev prospekti, 255) keçiriləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.