KAICIID-in icraçı Baş katibi: Sosial şəbəkə və media platformalarında İslam əleyhinə nifrət çıxışları 21 faiz artıb

İslamofobiya yeni bir proses deyil, sadəcə onun müasir təzahürləri aktivləşib.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Dialoq Mərkəzinin (KAICIID) Baş katibi vəzifəsini icra edən Antonio de Almeyda-Ribeyro Bakıda İslamofobiyaya həsr olunmuş tədbir çərçivəsində baş tutan “İslamofobiyada qlobal trendlər: Çağırışlar və Cavablar” mövzulu panel sessiyasında deyib.

O qeyd edib ki, onlayn nifrət nitqləri ən böyük təhlükə yaradan problemlərdən birinə çevrilib:

“Araşdırmaya görə, Avropa İttifaqı ölkələrində yaşayan müsəlman respondentlərin yarısı ev tapmaq və ya əmək fəaliyyəti barədə çətinliklərlə üzləşirlər. İslam əleyhinə nifrət çıxışları də sosial şəbəkə və media platformalarında 21 faiz artıb”.

KAICIID rəsmisi hesab edir ki, bu halların qarşısınl almaq üçün əməkdaşlığı gücləndirmək lazımdır:

“Dini liderlər mütəmadi bir araya gəlib müzakirələr aparmalıdırlar. Siyasəti formalaşdıran, hərəkətə gətirən addımların atılması mütləqdir. Həmçinin sektorlararası  tərəfdaşlıq genişləndirilməlidir”.

Digər xəbərlər

Bu gün sonuncu Qədr gecəsidir 16 mart, 2026 / 13:25
Bu gün ikinci Qədr gecəsidir 10 mart, 2026 / 20:00