DQİDK ilə QHT-lərə Dövlət Dəstəyi Şurası arasında memorandum imzalanıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası arasında birgə fəaliyyət məqsədi ilə memorandum imzalanıb.

"Report" xəbər verir ki, memorandum Şuranın Dövlət Komitəsi ilə birgə "Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti" mövzusunda keçirilən konfrans çərçivəsində imzalanıb. Memorandum sənədinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Şuranın sədri, millət vəkili Azay Quliyev imza atıb.

Xəbər lenti