Dövlət Komitəsinin sədri: “Dünyada həmrəylik mədəniyyətinə böyük ehtiyac var”

Bakı. 21 dekabr. REPORT.AZ/ “Dünyada həmrəylik mədəniyyətinə böyük ehtiyac var. Dünyada münaqişə ocaqları mövcuddur, bunun üçün də sülh, barışıq vacib məsələdir”.

“Report”un xəbərinə görə, bunu Bakıda “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, Bakıda başlayan bu proses gələcəkdə də davam etdirilməlidir. 

Dövlət Komitəsinin sədri əlavə edib ki, Azərbaycan bu prosesdə aktiv iştirak edir.

Digər xəbərlər