Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı sentyabrın 16-da Qubada vətəndaşlar üçün açıq qəbul keçirəcək. Bu barədə Report-a DQİDK-nın mətbuat xidmətindən məlumat verilib.
Quba şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Quba ilə yanaşı, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar Dövlət Komitəsinin Şimal bölgəsi üzrə şöbəsinə müraciət etməlidirlər.