Ankarada sabah 5-ci Din Şurası başlayacaq

Баку. 7 декабря. REPORT.AZ/ Dekabrın 8-də Ankarada "Yeni Dini Anlayışlar; Dini Məlumat, Təhsil və Din Xidmətləri" mövzusunda 5-ci Din Şurası keçiriləcək.

"Report" TRT-yə istinadən xəbər verir ki, Türkiyə Diyanət İşləri İdarәsi tәrәfindәn təşkil olunan tədbirə prezident Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi açılış mәrasiylә start veriləcək.

Şurada, "İslam Dünyasında Dəyişmənin dinamikası", "Həyata uyğunlaşması Vasitəsi ya da Qarşıdurmanın qaynağı olaraq Məzhəb", "İndiki vaxtda Dini Anlayışlar: Resursları, fikir fәrqliliklәrinin Səbəbləri və yeni şəxsiyyətlər", kimi mövzular müzakirə ediləcək.

Üç gün davam edəcək tədbirə bir çox ölkədən alim və elm xadimi qatılacaq. Tədbir yekun qәtnamәnin oxunmasıyla yekunlaşacaq.

Digər xəbərlər

Bu gün ikinci Qədr gecəsidir 10 mart, 2026 / 20:00
Bu gün ilk Qədr gecəsidir 08 mart, 2026 / 19:16
Ramazan ayı başlayıb 19 fevral, 2026 / 00:00