​Almatıda kazinonun yerində məscid inşa olunub

Bakı. 8 dekabr. REPORT.AZ/ Qazaxıstanın Almatı şəhərində üç min nəfərin eyni zamanda ibadəti üçün nəzərdə tutulan yeni məscid inşa olunub.

"Report" xəbər verir ki, məscid ictimai xadim Bayken Aşimovun şərəfinə adlandırılıb.

Məscidin özəl xüsusiyyətlərindən biri üçmərtəbəli avtomobil dayanacağına (hər mərtəbədə 88 maşın) malik olmasıdır.

Almatıda sayca 39-cu olan məscid keçmiş "Zodiak" kazinosunun yerində ucaldılıb.

Digər xəbərlər

Ramazan ayı başlayıb 19 fevral, 2026 / 00:00