İslam İnqilabı Keşikçiləri Korpusu Bəhreyndə yerləşən "Amazon"un Yaxın Şərqdəki ən böyük məlumat mərkəzinə hücum edildiyini bildirib.
"Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi korpusun bəyanatına istinadən yazıb.
Bəyanatda hücumun dronlar tərəfindən həyata keçirildiyi bildirilib. İİKK əlavə edib ki, məlumat mərkəzi "düşmənin hərbi və kəşfiyyat fəaliyyətlərini" dəstəkləmək üçün istifadə olunub.
Martın 1-də İİKK Dubayda "Amazon Web Services" (AWS) məlumat mərkəzinə hücum edib. Nəticədə yanğın baş verib və elektrik kəsilib. Şirkət mərkəzlərdən birinin sıradan çıxdığını təsdiqlənib.
Martın 3-də "New York Times" qəzeti hücumlar nəticəsində BƏƏ-də iki və Bəhreyndə bir "AWS" obyektinin zədələndiyini bildirib.