Ukrayna və Amerika nümayəndə heyətləri arasında Berlində sülh danışıqları 15 dekabrda davam edəcək, təkliflərin təfərrüatları hələ açıqlanmayıb.
"Report"un xəbərinə görə, bu barədə Almaniyanın "Handelsblatt" qəzeti məlumat yayıb.
Ukrayna nümayəndə heyətinə Prezident Volodimir Zelenski, Amerika nümayəndə heyətinə isə Prezident Donald Trampın xüsusi elçisi Stiv Uitkoff rəhbərlik edir.
Qəzetin məlumatına görə, ABŞ hökuməti Berlin danışıqlarında uğur perspektivlərini əvvəlcədən etiraf edib, Trampın Almaniyaya nümayəndə heyəti göndərməsi də bunu sübut edir.
Eyni zamanda, Moskva danışıqlara şübhə ilə yanaşır. Rusiya Prezidenti Vladimir Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov görüşdən əvvəl bildirib ki, Avropa və Ukraynanın sülh planına verdiyi töhfənin konstruktiv olma ehtimalı azdır.
Almaniya Kansleri Fridrix Merts Ukrayna lideri Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff arasında keçirilən görüşü tərk edib.
"Report" xəbər verir ki, bu barədə "Die Welt" qəzeti məlumat yayıb.
Mertsin köməkçisi Günter Sautter danışıqlarda iştirak edir. Kanslerin görüşdən çıxmasının səbəbi açıqlanmayıb.
Tərəflər arasında danışıqlar Berlində keçirilir.
Ukrayna Prezidenti Volodimir Zelenski Berlində ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşner ilə görüşə başlayıb.
"Report" xəbər verir ki, bu barədə Ukrayna lideri özü sosial media hesablarında məlumat yayıb.
Görüşün əsas mövzusu ABŞ-nin sülh planıdır.
Ukrayna tərəfində danışıqlarda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov da iştirak edir. Görüşə Almaniya kansleri Fridrix Merts də qatılıb.