Rusiyanın Ukraynaya gecə saatlarında hücumu nəticəsində 2 nəfər həlak olub, yeddi nəfər yaralanıb, onlardan dördü uşaqdır.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, ötən gecə Rusiya hərbçiləri tərəfindən Ukrayna ərazisinə 4 ballistik raket atılıb, 142 dron hücumu olub.
"Bu vaxta qədər 7 yaralı barədə məlumat var, onlardan 4-ü uşaqdır. Təəssüf ki, həlak olanlar var – onlar bir qadın və onun oğludur", - V.Zelenski yazıb.
Qeyd olunub ki, mayın 6-sı axşam saatlarından Zaporojye, Donetsk, Jitomir, Xerson və Dnepr vilayətlərinə çoxlu sayda zərbələr endirilib.