Zelenski: “Donbasda hər gün 100-ə qədər ukraynalı əsgər ölür”

“Hər gün Donbasdakı döyüşlərdə 100-ə qədər ukraynalı əsgər ölür, 500-ə yaxını isə yaralanır”.

“Report”un məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Bratislavada keçirilən GLOBSEC beynəlxalq təhlükəsizlik forumunda deyib.

O qeyd edib ki, bu gün Ukraynanın şərqində vəziyyət çox ağırdır: “Qələbəmizə inanıram. Rusiya ilə müharibədə qalib gəlmək üçün bütün ölkələrin köməyinə ehtiyac var”.

Digər xəbərlər

Qalibaf İraqa səfər edəcək 18 avqust, 2026 / 13:30