Bakı. 2 oktyabr. REPORT.AZ/ Bolqarıstan BMT Baş katibi vəzifəsinə YUNESKO-nun baş direktoru İrina Bokovanın namizədliyini irəli sürüb. Bu barədə "Report" BMT radiosuna istinadən xəbər verir.
BMT-nin hazırkı Baş katibi Pan Gi Munun səlahiyyət müddəti 2016-cı ilin sonunda başa çatır.
Vətəndaş cəmiyyəti nümayəndələri və BMT-yə üzv bir sıra dövlətlər hesab edirlər ki, artıq təşkilata qadının rəhbərlik etməyinin vaxtı çatıb.