Bakı. 26 oktyabr. REPORT.AZ/ Yunanıstan Xarici İşlər Nazirliyinə (XİN) şübhəli bağlamanın gətirilməsi səbəbindən binadakılar təxliyyə edilib.
“Report” xəbər verir ki, məlumatı “Hürriyet” yayıb.
Bildirilib ki, şübhəli bağlama poçt vasitəsi ilə göndərilib. Bu səbəbdən XİN binasında işləyən 70 əməkdaşı təxliyyə edilib. Polis binada axtarış aparır.
Xarici İşlər Nazirliyi ilə Yunanıstan parlamentinin binaları üzbəüz yerləşir.