​Yunanıstan sahillərində qayığın batması nəticəsində 11 qaçqın boğulub, 13 nəfər isə itkin düşüb

Bakı. 9 dekabr. REPORT.AZ/ Yunanıstanın Bulamaç (Farmakonisi) adası yaxınlığında qaçqınların olduğu qayığın batması nəticəsində 11 nəfər ölüb, 13 nəfər itkin düşüb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Yunanıstanın sahil mühafizə xidmətinin əməkdaşları 11 qaçqının meyitini sudan çıxarıb, 26 nəfərin isə həyatını xilas edib. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10