İran Qətərdəki Amerika bazalarına 10 raket və İraqdakı Amerika bazasına 1 raket atıb.
“Report” xəbər verir ki, bu barədə “Ynet” İsraildəki mənbəyə istinadən məlumat yayıb.
Daha sonra İran Ali Milli Təhlükəsizlik Şurası məlumatı təsdiqləyərək zərbələrin “ABŞ-nin təcavüzünə” cavab olaraq endirildiyini qeyd edib.
“Bu uğurlu əməliyyatda istifadə olunan raketlərin sayı ABŞ-nin İranın nüvə obyektlərinə hücum etmək üçün istifadə etdiyi bombaların sayı qədər idi, İran qüvvələri tərəfindən hücum edilmiş baza isə Qətərin şəhər obyektlərindən və yaşayış rayonlarından uzaqda yerləşirdi”, – Şuradan bildiriblər.