"Ynet": Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq

İranın xarici işlər naziri Abbas Əraqçi və onu müşayiət edən nümayəndə heyəti sentyabrın 30-dək Nyu-Yorkda qalacaq.

"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Ynet" məlumat yayıb.

Xatırladaq ki, A.Əraqçi BMT Baş Assambleyasının tədbirlərində iştirak etmək üçün cari həftə ərzində Nyu-Yorkda olub. Səfəri çərçivəsində o, həmçinin ABŞ tərəfi ilə danışıqlar aparıb.

Digər xəbərlər