Yeni Zelnadiyanın Tararua Ranges rayonunda təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, məlumatı yerli radio yayıb.
Axtarış-əməliyyat tədbirləri nəticəsində pilot və təlim alan şəxsin meyiti meşəlikdən tapılıb.
Xilasedicilərin əlaqələndiricisi Keis Allen hadisənin əlverişsiz hava şəraitinə görə baş verdiyini deyib.
Qəza ilə bağlı araşdırma aparılır.