Yeni Zelandiyadanın Oklend şəhərində keçirilən xüsusi əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 200 kiloqramdan çox metamfetamin ələ keçirilib.
Report “TASS” a istinadən xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb. Qeyd olunub ki, ələ keçirilən dərmanların dəyəri təxminən 93 milyon dollardır.
Əməliyyat zamanı 60 və 49 yaşında olan iki nəfər saxlanılıb. Onların ikisidə Böyük Britaniya vətəndaşlarıdır.