Yeni Kaledoniya sahillərində 7 maqnituda gücündə zəlzələ baş verib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Çərşənbə axşamı Sakit okeanın Yeni Kaledoniya sahillərində 7 maqnituda gücündə zəlzələ baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri Tadin şəhərindən 129 km şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 14,9 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Digər xəbərlər

Brüsseldə 21 etirazçı həbs edilib 09 oktyabr, 2026 / 18:45