Yəməndə qərərgahda törədilmiş partlayış nəticəsində 9 hərbçi həlak olub

Bakı. 15 noyabr. REPORT.AZ/ Yəmənin Aden şəhərində Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənən xüsusi qüvvələrin qərərgahında partlayış törədilib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. 

Məlumata görə, qərargahda partlayıcı qurğunun işə düşməsi nəricəsində 9 hərbçi həlak olub.

Hadisənin təfərruatları açıqlanmır. 

Hücumla bağlı məsuliyyəti hələlik heç bir təşkilat üzərinə götürməyib. 

Digər xəbərlər

Mark Rütte Kiyevdə səfərdədir 03 fevral, 2026 / 13:48