Yəməndə münaqişə tərəfləri əsirləri azad etmək barədə razılığa gəliblər

Bakı. 6 dekabr. REPORT.AZ/ Yəməndəki münaqişənin tərəfləri - hökumətlə Ənsarullah (Husilər) silahlı qruplaşması əsirləri qarşılıqlı azad etmək barədə razılığa gəliblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits məlumat verib.

Onun sözlərinə görə, bu, tərəflər arasındakı danışıqların səmərəli nəticə verməsi deməkdir.

Digər xəbərlər

Ronaldu Trampa zəng edib 07 dekabr, 2025 / 00:46