Yəməndə iki günlük atəşkəs elan olunub

Bakı. 19 noyabr. REPORT.AZ/ Yəməndə yerli hökuməti dəstəkləyən ərəb koalisiyası 48 saatlıq atəşkəs rejimi elan edib.

"Report" xəbər verir ki, bu barədə şənbə günü Səudiyyə Ərəbistanı mətbuatı yazıb.

Atəşkəs noyabrın 19-u yerli vaxtla günorta saatlarından başlayacaq.

Barışıq müddəti husilərin öz öhdəliklərini yerinə yetirəcəkləri və mühasirədə olan rayonlara humanitar yardımın aparılmasına maneəçilik törətməyəcəkləri təqdirdə uzadıla bilər.

Yəməndə 2014-cü ilin avqustundan hökumət qüvvələri ilə üsyançı husilər arasında qarşıdurma davam edir. Bu qarşıdurmaya Sudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası hökumət qüvvələri tərəfindən dəstək verir.

Digər xəbərlər

ABŞ İranı hədələyib 25 mart, 2026 / 22:46