Yəməndə bazarın atəşə tutulması nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb

Bakı. 22 may. REPORT.AZ/ Yəmənin paytaxtı Sananın şərqində yerləşən Mərib şəhərinin mərkəzindəki bazarın husilər tərəfindən atəşə tutulması nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.

Bu barədə "Report" "Al-Arabiya" telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, raket atəşinə məruz qalanların hamısı mülki şəxslərdir, ölənlər arasında bir qadın da var. Üç yaralı ağır vəziyyətdədir.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09