​Yəməndə atəşkəs rejimi bir həftə uzadılıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Yəməndə atəşkəs rejimi bir həftə uzadılacaq.

"Report"un məlumatına görə, bu barədə ölkənin xarici işlər naziri Əbdül Malik əl-Məxaləfi xəbər verib.

"Yəmən prezidenti (Əbd Rabbo Mansur Hadi) mənə BMT-ni barışığın yeddi gün uzadılması barədə məlumatlandırmağı göstəriş verib", - deyə nazir bildirib.

Lakin Əl-Məxaləfi, yeni müddətin hansı vaxtdan, bu gündən yoxsa cari ilin 22 dekabr tarixindən, yəni ötən həftənin çərşənbə axşamı elan olunan atəşkəsin bitəcəyi vaxtdan hesablanacağını dəqiqləşdirməyib.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12