Yaxın Şərqdə koronavirusa yoluxanların sayı artır

Bəhreyndə 6 yeni koronavirusa yoluxma faktı qeydə alınıb.

“Report” “Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Bəhreyn” informasiya agentliyi yayıb.

Beləliklə, ölkədə koronavirus daşıyıcılarının sayı 36-ya çatıb.

Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 859 nəfərdir. Virus daşıyıcılarının sayı isə 83 729-dan çoxdur.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10