Yaponiyanın müdafiə naziri: “Şimali Koreyanın atdığı raket 400 km uçub”

“Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən atılan raket 400 km uçaraq Yapon dənizindəki iqtisadi zonadan kənara düşüb”.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Yaponiyanın müdafiə naziri Yasukadzu Hamada deyib.

"Raket ölkəmizin Yaponiya dənizindəki iqtisadi zonasından kənara düşüb", - o bildirib.

Nazir əlavə edib ki, o, qeyri-adi və gözlənilməz trayektoriya ilə uçub.

Daha əvvəl Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43