Yaponiyanın keçmiş baş naziri Yasuhiro Nakasone vəfat edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin İctimai Televiziyası məlumat yayıb.
Məlumata görə, o, 101 yaşında dünyasını dəyişib. Nakasone Yaponiya hökumətinə 1982-ci ildən 1987-ci ilə qədər başçılıq edib.