Yaponiyada qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Bakı. 6 iyul. REPORT.AZ/ Yaponiyanın Baş Meteorologiya Bürosu ölkə ərazisində intensiv yağışlar daşqın və torpaq sürüşməsi ilə bağlı xəbərdarlıq edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, leysan yağışları ölkənin Honsyu adasının cənub-qərbindəki Hirosima, Okayama və Tottori prefekturlarında, həmçinin Kyusyu adasındakı Fukuoka, Naqasaki və Saga prefekturlarında müşahidə olunacaq.

Hazırda 47 prefekturadan 17-də 570 000-dən çox insan təxliyyə barədə göstəriş alıb.

Digər xəbərlər

Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28