Yaponiyada qasırğa nəticəsində 7 nəfər ölüb, 90-ı yaralanıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Yaponiyanın mərkəzində tüğyan edən "Lan" qasırğası nəticəsində 7 nəfər ölüb, daha 90 nəfər yaralanıb.

“Report” "Sinxua"ya istinadən xəbər verir ki, təbii fəlakət əsasən Sidzuoka prefekturasında fəsad törədib.

Qasırğa daha sonra Kanto regionundan Yaponiyanın şərq hissəsinə istiqamət alıb.

Digər xəbərlər