Yaponiyanın cənub-qərbində “Nanmadol” qasırğası nəticəsində azı 22 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Daha əvvəl 12 ölünün olduğu bildirilirdi.
Hazırda qasırğa Kyusu adasının mərkəzi hissəsindədir. Onun şərq istiqamətində hərəkətini davam etdirərək Yaponiyanın bütün ərazisindən keçə biləcəyi gözlənilir.
16:43
Yaponiyanın cənub-qərbində “Nanmadol” qasırğası nəticəsində azı 12 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Söhbət əsasən yıxılma nəticəsində yaranan xəsarətlərdən gedir.
Həmçinin evlərin damının zədələnməsi, ağacların aşması, yol nişanlarının zədələnməsi barədə məlumat verilir. Adada bir neçə çayda güclü yağışlar səbəbindən suyun səviyyəsi yüksəlib.
Yaponiyada tropik qasırğa səbəbindən həftəsonu 520-dən çox daxili reys təxirə salınıb. Kumamoto, Kaqosima, Fukuoka şəhərləri arasında bərə xidməti və ekspress qatarların hərəkəti dayandırılıb.