Yaponiyada gəmiqayırma zavodunda partlayış baş verib

Yaponiyanın Osaka şəhərində gəmiqayırma zavodunda baş verən partlayış nəticəsində azı 7 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Yaponiya İctimai Televiziyasının məlumatına görə, xilasedicilər və yanğınsöndürənlər hadisə yerindədir. Hadisənin səbəbi məlum deyil.

Digər xəbərlər