Yaponiyada mayın 6-dək ölkə üzrə fövqəladə vəziyyət rejimi elan edilib.
“Report” “Aksam”a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Sindzo Abe aprelin 16-da keçirdiyi mətbuat konfransında məlumat verib.
O, aprelin 7-dən etibarən 7 əyalətdə tətbiq edilən fövqəladə vəziyyət rejimi şərtlərinin mayın 6-dək bütövlükdə Yaponiyaya şamil ediləcəyini vurğulayıb.
Qeyd edək ki, Yaponiyada COVID-19-a 9 800 nəfər yoluxub, 195 nəfər isə ölüb.