Yaponiya sahillərində güclü zəlzələ oldu

Yaponiyanın Hokkaydo adasından 99 km məsafədə 7 bal gücündə zəlzələ baş verib.

“Report”un xəbərinə görə, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.  

Bakı vaxtilə saat 14:33-də qeydə alınan yeraltı təkanın episentri 163 km dərinlikdə olub.

Ölən və yaralılar barədə məlumat verilmir. 

Rəsmilər sunami təhlükəsinin olmadığını açıqlayıblar.

Digər xəbərlər