Yaponiya məlumat mərkəzlərinin yoxlanılması və qeydiyyatını planlaşdırır

Yaponiya 2027-ci ildən sonra məlumat mərkəzlərinin və bulud saxlama sistemlərinin təhlükəsizliyini artırmaq üçün onların yoxlanılması və qeydiyyatı sisteminin tətbiqini planlaşdırır.

"Report"un məlumatına görə, bu barədə "Nikkei" qəzeti xəbər verib.

Məlumata görə, bu cür strukturlara xarici təsir təhdidini aradan qaldırmaq üçün nəzərdə tutulan yeni sistemə İqtisadiyyat, Ticarət və Sənaye, İnzibati İşlər və Rabitə nazirlikləri nəzarət edəcək. Onlar məlumat mərkəzləri və bulud xidmətləri yaradan şirkətləri, onların etibarlılığını və avadanlıq təchizatçılarını yoxlayacaqlar.

Sistem icazə əsaslı sistem olacaq və dövlət qurumları informasiya təhlükəsizliyinə qarşı pozuntular və ya təhdidlər aşkarladıqda məlumat mərkəzlərinin və bulud xidmətlərinin xəbərdarlıq etmək və hətta fəaliyyətini dayandırmaq səlahiyyətinə malikdirlər. Müvafiq qanun layihələri gələn il təsdiq üçün parlamentə təqdim ediləcək.

Digər xəbərlər