Xorvatiyada qatarlar toqquşub, ölən və yaralananlar var 

Xorvatiyanın mərkəzi hissəsində sərnişin və yük qatarlarının toqquşması nəticəsində azı 3 nəfər ölüb.

Bu barədə "Report" HRT telekanalına istinadən xəbər verir.

“Qeyri-rəsmi məlumata görə, üç nəfər həlak olub”, - məlumatda deyilir.

Qəza zamanı 11 nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbi açıqlanmır.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12