Xorvatiyada hərbi təlim təyyarəsi qəzaya uğrayıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin Hərbi Hava Qüvvələrinin bazası yaxınlığında, Done-Bilyane yaşayış məntəqəsində qeydə alınıb. Qəza zamanı 2 hərbçi həlak olub.
Hadisə yerində fövqəladə xidmətlərin əməkdaşları işləyir. Qəzanın başvermə səbəbi araşdırılır.