XİN:​ "Kuba daxili məsələlərini ABŞ-la müzakirə etməyəcək"

Bakı. 15 avqust. REPORT.AZ/ Kubanın daxili məsələləri heç vaxt ABŞ-la müzakirə olunmayacaq. "Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, bunu Kuba Xarici İşlər Nazirliyinin ABŞ-la münasibətlər şöbəsinin müdiri Jozefina Vidal bildirib.

Onun sözlərində görə, daxili məsələlərlə bağlı qərarlar müzakirə olunmur və ABŞ-la danışıqların gündəliyinə çıxarılmayacaq.

Diplomat ABŞ dövlət katibi Con Kerrinin Kuba hökumətinin ölkədə insan haqları ilə bağlı vəziyyəti yaxşılaşdırana qədər Konqresin sanksiyaları aradan qaldırmayacağı barədə sözlərini də şərh edib: "Kuba bunu cavablandırmağa ehtiyac görmür". 

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09