Xarkovda "Roshen" mağazasında partlayış olub

Bakı. 9 dekabr. REPORT.AZ/ Ukraynanın Xarkov şəhərində "Roshen" mağazasında partlayış olub.

"Report" UNİAN-a istinadən xəbər verir ki, hadisə "Dafi" ticarət-əyləncə mərkəzində meydana gəlib.

Partlayış dalğası nəticəsində vitrin və giriş qapılarının şüşələri qırılıb.

Qeyd edək ki, şirniyyat istehsalı ilə məşğul olan "Roshen" şirkəti Ukrayna prezidenti Pyotr Poroşenkoya məxsusdur.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12