WSJ: Tramp payızda Kim Çen Inla görüşmək istəyir

Ağ Ev rəhbəri Donald Tramp köməkçilərinin bu payızda Şimali Koreya lideri Kim Çen Inla danışıqlar təşkil etməsində israr edir.

"Report"un məlumatına görə, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" (WSJ) xəbər verib.

Nəşrin məlumatına görə, Amerika Prezidenti Asiyaya qarşıdan gələn səfəri zamanı müşavirləri ilə Kim Çen Inla şəxsi görüş ehtimalını müzakirə edib.

Qəzet aydınlaşdırır ki, Tramp noyabr ayında Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitində iştirak üçün səfər edə bilər. Bununla yanaşı, WSJ vurğulayıb ki, ABŞ və Şimali Koreya liderləri arasında danışıqlar üçün rəsmi hazırlıqlar hələ başlamayıb.

Digər xəbərlər