WSJ: Netanyahu Suriyaya hücumu Trampla razılaşdırıb

Bakı. 18 aprel. REPORT.AZ/ İsrailin Baş naziri Binyamin Netanyahu yalnız ABŞ Prezidenti Donald Trampın dəstəyini aldıqdan sonra aprelin 9-da Suriyanın Homs vilayətində aviabazaya zərbələr endirilməsinə dair əmr verib.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, B.Netanyahu Suriya bazasına İranın hava hücumundan müdafiə batareyasının gəlməsindən dərhal sonra hücum əmrini verib. Qeyd olunur ki, batareya hazırlıq vəziyyətinə gətirilməmiş məhv edilib. Mənbələr həmçinin xəbər verir ki, İsrail təyyarələri İran dronlarının olduğu anqarı da dağıdıb.

Digər xəbərlər

Danimarka İran gəmisini saxlayıb 20 fevral, 2026 / 03:05
Tramp İrana 15 gün vaxt verib 20 fevral, 2026 / 01:50