"WikiLeaks" ABŞ-ın Ədliyyə Nazirliyinin Assanjın ünvanına ittihamlarını şərh edib - FOTO

"WikiLeaks" təşkilatı ABŞ-ın Ədliyyə Nazirliyinin Culian Assanjın ünvanına yeni ittihamlarını şərh edib.

"Report" xəbər verir ki, şərh eyniadlı saytın "Twitter" səhifəsində yerləşdirilib.

"Bu, ağılsızlıqdır. Milli təhlükəsizlik və birinci düzəliş (ABŞ-ın Konstitusiyasına düzəliş-red) sahəsində jurnalist fəaliyyətinin sonu", - saytın "Twitter" səhifəsində deyilir.

Daha əvvəl bildirilirdi ki, ABŞ-ın Ədliyyə Nazirliyi Britaniyanın Belmarş həbsxanasındakı Assanja qarşı 17 yeni ittiham irəli sürüb.

Söhbət casusluq və məxfi informasiyanın açılması haqqında qanunun tələblərinin pozulmasından gedir.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12