Vyetnamda toy karvanı qəza törədib, bəy və 12 nəfər ölüb

Bakı. 30 iyul. REPORT.AZ/ Vyetnamda toy karvanının iştirakı baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 13 nəfər ölüb, 4 nəfər yaralanıb.

“Report” “Sinxua”ya istinadən xəbər verir ki, qəza zamanı ölənlər arasında bəy də var.

Bildirilib ki, bəy qohumları və dostları ilə birlikdə gəlinin yaşadığı şəhərə gedirmiş. Yolda onların avtomobili konteyner daşıyan maşınla toqquşub. Bəyin mindiyi avtomobildə 17 sərnişin olub. 

Digər xəbərlər