Vuçiç: Serbiya bu yay ABŞ ilə strateji dialoqa başlaya bilər

Serbiya bu yay ABŞ ilə strateji dialoqa başlaya biləcək.

"Report" xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç "Pink" telekanalının efirində bildirib.

"Biz həmçinin amerikalılarla da işləyirik və düşünürəm ki, yayda ABŞ ilə strateji dialoqa başlaya biləcəyik. Buna görə də sülh, sabitlik, insanlara qayğı, eləcə də haqqında danışdığımız hər şey, planlar, proqramlar bizim üçün vacibdir, çünki bunlar olmadan irəliləyiş yoxdur", - o deyib.

Vuçiç həmçinin qeyd edib ki, Belqrad Avropa yolu ilə irəliləməyə davam edəcək: "Serbiyadakı insanlar bilirlər ki, mənim siyasətim məsuliyyətli və sabitdir, onu dəyişdirmək çox çətindir".

Daha əvvəl Serbiyanın xarici işlər naziri Marko Curiç bildirmişdi ki, Vuçiçin göstərişi ilə ABŞ ilə hərtərəfli əməkdaşlığın inkişafı istiqamətində fəal iş aparılacaq.

Digər xəbərlər