Vuçiç istefasının tarixini açıqlayıb

Serbiya Prezidenti Aleksandr Vuçiç sentyabrın 25-də və ya 26-da istefaya gedəcəyini bildirib.

"Report" Serbiya mediasına istinadən xəbər verir ki, bu barədə A.Vuçiç jurnalistlərə açıqlamasında deyib.

"Mən Nyu-Yorkdan qayıtdıqdan dərhal sonra istefaya gedəcəyəm. Bu, sentyabrın 25-i və ya 26-sı olacaq", - o bildirib.

A.Vuçiç seçkiqabağı kampaniyada sıravi vətəndaş kimi iştirak etmək istədiyini vurğulayıb.

Qeyd edək ki, sentyabrın 9-da Aleksandr Vuçiç parlamentin buraxılması və oktyabrın 25-də növbədənkənar seçkilərin keçirilməsi haqqında fərman imzalayıb.

Digər xəbərlər