Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın dövlət başçısı Anjey Duda ilə görüşüb.
“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə V.Zelenskinin mətbuat xidmətindən bildirilib.
Liderlər Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) sammiti çərçivəsində bir araya gəliblər.
Dövlət başçıları Rusiya-Ukrayna müharibəsini və Varşavanın Kiyevə yardımını müzakirə ediblər.