Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns arasında telefon danışığı olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçsısının sözçüsü Dmitri Peskov məlumat yayıb.
O, tərəflərin diplomatik təcrübədəki böhranı, regional münaqişələri və kibertəhlükəsizliyi müzakirə etdiklərini deyib.