Venesuelada təyyarənin hava limanına yaxınlaşması zamanı qəzaya uğraması nəticəsində 9 nəfər ölüb.
“Report” DHA-ya istinadən xəbər verir ki, təyyarədə 2 pilot və 7 sərnişin olub.
Qəza hava limanından 8 km aralıda baş verib.
Yerli KİV hadisəyə səbəb olaraq əlverişsiz hava şəraitinin olduğuna dair ehtimal irəli sürüb.
Qəza ilə bağlı araşdırma aparılır.