Venesuelada 8 min insan daşqından xəsarət alıb

Bakı. 11 avqust. REPORT.AZ/ Venesuelada baş vermiş daşqınlar nəticəsində təxminən 8 min nəfər xəsarət alıb. 

"Report" xəbər verir ki, bu barədə Amasonas ştatının qubernatoru Migel Rodriqes bildirib. Hazırda hava vasitəsilə sakinlərə ərzaq və digər əşyaların çatdırılmasına başlanılıb. 

O deyib ki, ştatda 55 müvəqqəti sığınacaq yaradılıb. 

Digər xəbərlər